Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda 6 medal qazanıb.
Apasport.az Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə yığmamızın 6 idmançısı fəxri kürsüyə yüksəlib.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətlənib.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar