Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 2011-2013-cü il təvəllüdlü yeniyetmə taelvondoçular mübarizəyə qoşulublar.
Günün sonunda oğlanlar arasında 37 kq, 41 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar arasında 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Oğlanlar arasında Musa Süleymanlı (37 kq), Nicat Nadirov (41 kq), Elmir Salimov (57 kq), Rəsul Cavadzadə (61 kq), Yusif Nağızadə (65 kq), Fuad Həsənov (+65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızların mübarizəsində isə Eda Eren (55 kq), Gulnaz Abdullayeva (59 kq) və Aliyə Məmmədli (+59 kq) qalib olublar.
Qeyd edək ki, çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparır.
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- İslam Oyunları: Taekvondoçumuz gümüş medal qazanıb
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"