Azərbaycan taekvondoçuları pumse üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında “Türkiye Open” beynəlxalq turnirində iştirak etmək üçün Antalya şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, komandamızın üzvləri martın 24-də mübarizəyə qoşulacaqlar.
İdmançılarımızdan Aydan Həsənzadə, Həqiqət Ələsgərli, Fidan Qəhramanova, Curu Bədəlov, Emin İsmayılov fərdi, Hüseyn Novruzov isə fərdi və "freestyle" proqramında çıxış edəcək.
Yarışda beynəlxalq dərəcəli referilərimiz, ATF-in Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev və Aygül Abdullayeva döyüş, Ramal Camalov isə pumse, parataekvondo və döyüş üzrə ölkəmizi hakim kimi təmsil edəcəklər.
- Parataekvondoçularımız Münhendə Avropa çempionatında
- 9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək