Azərbaycanın böyüklərdən ibarət kişi və qadın taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında, yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında keçirilən məşqlərə 2009-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına aid klub təmsilçiləri də qatılıblar.
13 klubdan ümumilikdə 95 idmançının iştirakı ilə baş tutan açıq məşqlərin əsas məqsədi idmançılarının döyüş təcrübəsini artırmaq, onların texniki-taktiki hazırlıq səviyyəsini yoxlamaq və milli komanda ilə qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaq olub.
ATF bu kimi açıq məşqlərin davamlı keçirilməsi ilə gənc istedadların üzə çıxarılmasını, eləcə də milli komandanın geniş heyət bazasının formalaşdırılmasını qarşısına məqsəd qoyur.
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- İslam Oyunları: Taekvondoçumuz gümüş medal qazanıb
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"