Albaniyanın paytaxtı Tiranada keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha 2 idmançısı fəxri kürsüyə yüksəlib.
Yığma üzvlərindən Novruz Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Anar Abdullazadə (37 kq) isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla başa vurub. Yığmamızın heyətində daha öncə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, birincilikdə Azərbaycanın oğlanlardan ibarət yığması komanda hesabında üçüncü pillədə qərarlaşıb.
- Parataekvondoçularımız Münhendə Avropa çempionatında
- 9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək