Taekvondoçumuz Avropa Qran-prisinin qalibi olub
11.04.2025 - 01:50
Azərbaycan taekvondoçusu Estoniyanın Tallin şəhərində keçirilən E8 kateqoriyalı Avropa Qran-pri yarışında uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
“Kristal Abşeron” klubunun təmsilçisi Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İdmançımız çempionluğa gedən yolda Bolqarıstan, İngiltərə, Monteneqro təmsilçiləri üzərində qələbələr qazanıb.
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
- Taekvondoçumuzdan bürünc medal
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
0
0