
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.
Azərbaycan Taekvondo Federasiyasından apasport.az-a verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.
Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın ”Paris-2024”ə daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.
Qeyd edək ki, Qaşım Maqomedov Fransa paytaxtına avqustun 2-də yollanacaq.
- Azərbaycanlı referi ən yaxşı adına layiq görülüb
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- Azərbaycanlı taekvondo hakimi Niderlandda fərqləndirilib
- Beynəlxalq dərəcəli referilərimiz Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək
- Taekvondoçularımız Niderlandda keçirilən yarışda 16 medal qazanıblar