Taekvondoçumuz Tallində daha 1 medal qazandı
27.04.2024 - 21:28
Estoniyanın paytaxtı Tallində keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Apasport.az xəbər verir ki, 6 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bu nəticə ilə millimizin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
- Taekvondoçumuzdan bürünc medal
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
0
0