Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən “Türkiye Open” beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirib.
Apasport.az xəbər verir ki, idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasının nümayiş komandasının (Demo Team) kapitanı olan Novruzov yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.
Qeyd edək ki, bu, Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.
- Parataekvondoçularımız Münhendə Avropa çempionatında
- 9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək