“ABŞ Open” tennis turnirində qadın və kişilərin mübarizəsində 1/4 finala yüksələn növbəti iştirakçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, qadınların dünya reytinqində lider olan belaruslu Arina Sabalenka 1/8 finalda ABŞ təmsilçisi Teylor Taunsendlə qarşılaşıb.
Son iki ilin çempionu olan Sabalenka rəqibini 6:4, 6:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
ABŞ təmsilçisi Cessika Pequla rumıniyalı Sorana Kirsteanı 6:3, 6:4, çexiyalı Linda Noskova isə ukraynalı Marta Kostyuku 5:7, 7:5, 6:4 hesabı ilə üstələyib.
Beləliklə, qadınların 1/4 finalında Sabalenka Noskova, Pequla isə Emma Navarro ilə üz-üzə gələcək.
Kişilərin mübarizəsində ispaniyalı Karlos Alkaras ABŞ təmsilçisi Tommi Polu 6:4, 6:3, 6:4 hesabı ilə məğlub edərək set itirmədən 1/4 finala yüksəlib.
Daniil Medvedev isə ABŞ təmsilçisi Frensis Tiafoya 6:7, 4:6, 6:7 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Digər görüşdə Ben Şelton yunanıstanlı Stefanos Tsitsipasa 6:2, 6:3, 6:4 hesabı ilə qalib gəlib.
Kişilərin 1/4 finalında Alkaras Şeltonla, Tiafo isə Aleks Mişelsenlə qarşılaşacaq.
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb