
"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Novak Cokoviç Uimbildon Open-də 100-cü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, serbiyalı tennisçi turnirin 3-cü mərhələsində həmyerlisi Miomir Kesmanoviçlə qarşılaşıb.
Novak hər üç setdə rəqibindən güclü olub (6:3, 6:0, 6:4). Novak Uimbildonda bi göstəricidə yalnız Roje Federerdən geri qalır. İsveçrəli tennisçi Londonda keçirilən yarışda 105 matçda qələbə qazanıb.
Cokoviç bundan əvvəl Rollan Qarros "Böyük Dəbilqə" turnirində 100 qələbə həddinə çatmağı bacarıb.
Qeyd edək ki, Novakın 1/4 finaldakı rəqibi avstraliyalı Aleks De Minor olacaq.