Azərbaycanın voleybol yığması Belçikada keçirilən beynəlxalq turnirin finalına yüksəlib
30.03.2008 - 14:02
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın 16 yaşlı qızlardan ibarət voleybol üzrə milli komandası Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq turnirin finalına yüksəlib. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, ilk iki oyunda Slovakiya (3:1) və Belçikanı (3:0) məğlub edən komandamız, Polşa yığmasına da 3:0 hesabı ilə qalib gəlib. Feliks Məmmədovla Alla Həsənovanın rəhbərlik etdiyi millimiz bu gün finalda Slovakiya ilə qarşılaşacaq.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0