Azərbaycan yığmasının Abu-Dabidə keçiriləcək beynəlxalq turnirin qrup mərhələsindəki rəqibləri müəyyənləşib
07.05.2008 - 15:47
Bakı. Kənan Həsənov-APA-Sport. Qadınlardan ibarət Azərbaycan voleybol milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək beynəlxalq turnirin qrup mərhələsindəki rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız B qrupunda Rusiya, Kuba, Almaniya və Fransa ilə qarşılaşacaq. A qrupunda isə yarımfinala yüksəlmək hüququ verən iki vəsiqə uğrunda İtaliya, Hollandiya, Misir, Əlcəzair və Avstraliya milliləri mübarizə aparacaqlar.
1 milyon ABŞ dolları mükafat fondu olan turnir mayın 21-də start götürəcək. Yarışın qalibi 300000 dollar qazanacaq. Sonrakı yerləri tutacaq komandalar isə müvafiq olaraq 200000, 100000, 90000, 80000, 70000, 60000, 50000, 30000 və 20000 dollara sahib çıxacaq.

- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0