Azərbaycanın voleybol yığması Avropa çempionatının qrup mərhələsinə yüksəlib
12.05.2008 - 12:13
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsini uğurla adlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyunda Albaniyaya uduzan (1:3) yığmamız Quba Olimpiya Kompleksində keçirilən cavab matçında rəqibini eyni hesabla məğlub edib. Topların fərqində (187:176) Albaniyanı üstələyən komandamız Avropa çempionatının qrup mərhələsində oynamaq hüququ qazanıb. Millimizin də yer aldığı B qrupunda Hollandiya, Latviya və Sloveniya yığmaları mübarizə aparacaq. Qrup oyunlarının birinci mərhələsi mayın 16-dan 18-dək Hollandiyada, ikinci mərhələsi isə mayın 30-dan iyunun 1-dək Sloveniyada təşkil olunacaq.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0