Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsinin ilk oyununu Hollandiyaya qarşı keçirəcək
14.05.2008 - 11:19
Bakı. Kənan Həsənov - APA-Sport. Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Sahib Əliyevin başçılıq etdiyi yığmamız birinci dövrəsi Hollandiyanın Rotterdam şəhərində təşkil olunacaq turnirdə ilk matçını mayın 16-da meydan sahiblərinə qarşı keçirəcək. Millimiz mayın 17-də Sloveniya, 18-də Latviya ilə qarşılaşacaq. Turnirin ikinci dövrəsi isə Sloveniyanın Maribor şəhərində təşkil ediləcək. Voleybolçularımız bu mərhələdə mayın 30-da və 31-də müvafiq olaraq Latviya və Sloveniya, iyunun 1-də Hollandiya ilə oynayacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0