Urmiyanın voleybol yığması Bakıya gəlib
20.05.2008 - 10:26
Bakı. Elşən Məmmədov-APA-Sport. İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyanın kişilərdən ibarət voleybol yığması Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, səfər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Qərbi Azərbaycan Bədən Tərbiyəsi İdarəsi arasında bağlanan əməkdaşlıq sazişi çərçivəsində baş tutub. Qonaq komanda mayın 22-dək davam edəcək səfəri müddətində üç yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Urmiyalı voleybolçular bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Saatlı” komandası ilə qarşılaşacaq. Sabah onlar İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun idman zalında 16 yaşlılardan ibarət yığmamızla, səfərin son günündə isə eyni arenada “Azneft”lə üz-üzə gələcəklər.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0