Barak Obamadan çempionluq proqnozu
03.06.2009 - 14:11
Barak Obamadan çempionluq proqnozu
ABŞ prezidenti Barak Obama proqnoz verib. Apasport.az saytının məlumatına görə, O, “Los-Anceles Leykers” klubunun Milli Basketbol Assosiasiyasının (MBA) qalibi olacağını bəyan edib.

Obama bu komandanın pley-off mərhələsinin finalında “Orlando Mecik”i 4:2 hesabı ilə məğlub edəcəyini bildirib. MBA-nın həlledici mərhələsində 4 qələbə qazanan komanda çempion olur. Obama bu proqnozunu Yaxın Şərqə səfəri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən verib: “Fikrimcə, “Leykers” altı oyunda qələbə qazanacaq”.
0