Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
02.06.2026 - 15:56
Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millinin üzvləri ilə görüşüb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Görüşdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.

Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib. Yığmaya Avropa Liqasında uğurlar arzulanıb, voleybolçuların ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.