"Azərreyl" CEV Kubokunda növbəti oyununa çıxacaq
19.11.2025 - 10:19
Azərbaycanın kişi voleybolçulardan ibarət "Azərreyl" klubu CEV Kubokunda bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz Niderlandda "Orion Stars"ın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Niderland təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Cütün qalibi 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivi ilə qarşılaşacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0