Çimərlik voleybolu ölkə birinciliyi keçiriləcək
29.06.2026 - 15:41
Avqustun 4-8-i aralığında qadın və kişi komandalar arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışın ilkin mərhələsinin Bakı Su İdmanı Sarayında, medallar uğrunda həlledici qarşılaşmaların isə "Sea Breeze" ərazisində təşkil olunması nəzərdə tutulur.
Birincilikdə iştirak etmək istəyən klublar 25 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.
Turnirin qalibi olacaq klub 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0