“Gəncə”dən yeni transfer
13.05.2026 - 12:53
“Gəncə”dən yeni transfer

“Gəncə” voleybol komandası heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə “Gəncə” voleybol klubu məlumat yayıb.

Bildirilib ki, təcrübəli voleybolçu Leyla Parşkova yenidən komandanın sıralarına qoşulub.

Qeyd edək ki, oyunçu 2023/24 mövsümündə də “Gəncə”nin formasını geyinib və komandanın uğurları üçün mübarizə aparıb.