Millimiz Türkiyəyə yollanıb
29.08.2026 - 15:50
Millimiz Türkiyəyə yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/8 final mərhələsində keçirəcəyi oyun üçün Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, yığmamız növbəti mərhələdə turnirin ev sahibi Türkiyə millisi ilə qarşılaşacaq.

Görüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 2026-cı il qadınlar arasında Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçirilir.