Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
20.06.2026 - 23:41
Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi

Türkiyə qadın voleybol millisi Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, "Filenin Sultanları" Almaniya ilə qarşılaşmada əzmkar geridönüşə imza atıb.

Matçın ilk iki setini rəqibinə uduzan Türkiyə yığması (0:2) mübarizəni dayandırmayıb və ardıcıl üç setdə qalib gələrək oyunu 3:2 hesablı qələbə ilə başa vurub.

Qarşılaşma 2026 FIVB Millətlər Liqasının ikinci həftəsi çərçivəsində Ankarada keçirilib. Bu oyundan əvvəl Türkiyənin turnirdə 6 matçda 4 qələbəsi, 2 məğlubiyyəti var idi.

Qeyd edək ki, Türkiyə millisi Ankara mərhələsindəki növbəti oyununu sabah Kanada yığmasına qarşı keçirəcək.