Türkiyə yarımfinalda – Kanadaya qarşı geridönüş
23.07.2026 - 14:12
Türkiyə yarımfinalda – Kanadaya qarşı geridönüş

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FIVB Millətlər Liqasının yarımfinalına yüksəlib.

Apasport.az xəbər verir ki, Türkiyə yığması 1/4 final mərhələsində Kanada ilə qarşılaşıb. Çinin Makau Xüsusi İnzibati Bölgəsindəki “East Asian Games Dome”da keçirilən görüş türkiyəlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kanada ilk setdə 25:22 hesabı ilə qalib gəlsə də, Türkiyə növbəti iki seti 25:21 hesabı ilə öz xeyrinə başa vurub. Sonuncu setdə isə rəqibini 25:16 hesabı ilə məğlub edən Türkiyə yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyənin yarımfinaldakı rəqibi ABŞ – Çin görüşünün qalibi olacaq. Yarımfinal matçı iyulun 25-də keçiriləcək.