Yüksək Liqa: VII tura start veriləcək
15.12.2025 - 09:54
Yüksək Liqa: VII tura start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Gənclər" komandası "Azərreyl"lə üz-üzə gələcək. Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.