Yüksək Liqa: XIV tura yekun vurulub
18.02.2026 - 22:57
Yüksək Liqa: XIV tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

"Azərreyl" "Ordu" ilə üz-üzə gəlib. Oyun birincilərin 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbəsi ilə yekunlaşıb.

"Xilasedici" isə "Neftçi"ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.