Yüksək Liqada XV tura start verilib
25.02.2026 - 20:13
Yüksək Liqada XV tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn "Gənclər" və "Ordu" komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə "Neftçi" "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.