
Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub.
Apasport.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda təmsilçimiz İsa Əliyev körpücük üzərinə çıxıb.
O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.
İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Rasim Ramaldanov: "Başqa yolumuz yoxdur" - Müsahibə
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- “Misli.az”da virtual ani oyunların sayı ARTDI – Yeni oyunlar hansılardır?
- Hindistanlı mütəxəssis: “Qarabağ”ın işi bu gün çətin olacaq”