Polşada ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan atleti Qasım İsmayılov turnirin bürünc medalını qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçisimiz birdənqaldırmada 120 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. Təkanlaqaldırmada daha yaxşı təsir bağışlayan idmançı 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də "üçlüy"ə düşməyi bacarıb. Atlet toplamda 273 kq nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha 2 təmsilçimiz - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq) U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.
- “Sumqayıt” Tovuz səfərindən 3 xalla dönür - YENİLƏNİB
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD
- "Bayer"in müdafiəçisi: "Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyik"
- Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
- Makqinn ən yaxşı seçildi: Şotlandiya 36 il sonra qələbə qazandı