“Panatinaikos” daha bir futbolçunu heyətə qatmağa hazırlaşır.
Apasport.az xəbər veri ki, Fatih Terimin komandası Türkiyədə “Trabzonspor” forması geyinən Anastasios Bakasetası gözaltı edib.
Yunanıstan mediasında çıxan xəbərlərdə Afina klubunun 30 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidini tamamlamaq üzrə olduğu bildirilib.
Qaradəniz təmsilçisi ilə anlaşması mövsümün sonunda bitəcək olan futbolçunun da bu keçiddə maraqlı olduğu bildirilir. İddialara görə, bazar günü oynanılacaq “Trabzonspor” – “Qalatasaray” oyunundan sonra Bakasetasın transferi rəsmiləşəcək.
Qeyd edək ki, bu mövsüm 18 matçda iştirak edən Bakasetas, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Rəşad Sadıqov: "Əlimizdə kifayət qədər yaxşı futbolçular var"
- Ağcabədidə bədii gimnastika üzrə yeni bölmə fəaliyyətə başlayıb
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”