Benzema Messi və Ronaldo ilə “beşlik”də
19.04.2023 - 13:00
Kərim Benzema Çempionlar Liqasında ilk “beşliy”ə düşüb.
Apasport.az saytı xəbər verir ki, “Real”ın hücumçusu turnirin 1/4 finalının “Çelsi” ilə cavab oyununda meydana start heyətində çıxmaqla bunu bacarıb.
Bununla da 35 yaşlı fransalı forvard Çempionlar Liqasında 150 matçda iştirak edən 5-ci futbolçu olub. Onadək Kriştiano Ronaldo (183 matç), İker Kasilyas (177), Lionel Messi (163) və Xavi (151) bu sayı keçib.
Qeyd edək ki, “Çelsi”yə hər 2 matçda 2:0 hesabı ilə qalib gələn “Real” yarımfinala yüksəlib.
- “Fənər”in üzvü futboldan uzaqlaşdırıldı - Mərc oyunlarına görə
- 2 sərbəst güləşçimiz qitə çempionatının finalına yüksəlib
- Rəşad Sadıqov: "Hakimə etiraz ediriksə, o demək deyil ki, narazıyıq" - VİDEO
- “Ordu”nun yeni transferi: “Rəhbərlikdən çox yaxşı dəstək görürəm”
- "Beşiktaş" səfərdən qələbə ilə dönür
0
0