Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da dayanqa çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.
74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Monteneqro) - Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.
- Bakıda polisin tapdığı 10 min manat basketbolçunun imiş
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı bəlli olub
- "Torino"nun qapıçısı "Çelsi" və "Siti"nin hədəfində
- Boksçularımız beynəlxalq turnirə qələbə ilə start verib