İngiltərə növbəti mövsüm 8 klubla yarışacaq
08.06.2023 - 01:33

İngiltərə növbəti mövsüm Avropa kuboklarında 8 klubla təmsil olunacaq.
Apasport.az-ın məlumatına görə, “Vest Hem” Konfrans Liqasında uğur qazanaraq, siyahıya əlavə olunub.
Premyer Liqanın 2022/23 mövsümünün nəticələrinə görə, “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə ediblər. Avropa Liqasına vəsiqə qazanan “Liverpul”la “Brayton”a Konfrans Liqasında uğur qazanan “Vest Hem” əlavə olunub.
Qeyd edək ki, daha bir ingilis təmsilçisi “Aston Villa” Konfrans Liqasında mübarizə aparacaq.
- Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
- Super Liqa: “Trabzonspor” səfərdən 1 xalla qayıdır
- Firdovsi Umudov İWF-in rəhbər strukturunda bu şəxslərlə çalışacaq
- "Barselona" hakimlərə rüşvət vermədiyini sübut etmək istəyir
- “Sabah” “Neftçi” ilə matçın hazırlıqlarını davam etdirir
0
0