Albaniya millisi UEFA tərəfindən cərimələndi
19.06.2024 - 12:23
UEFA Albaniya milli komandasını cərimələyib.
Apasport.az xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin I turunda, İtaliya ilə matçda albaniyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.
Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydana daxil olması və təxribat xarakterli mesajlar səbəbindən Albaniya 37,3 min avro cərimələnib.
Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində üz-üzə gələn tərəflərin duelində İtaliya Albaniyanı 2:1 hesabı ilə məğlub edib.
- “İnter”in futbolçusu addım-addım “Beşiktaş”a
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."
- Rəşad Sadıqov: "Qarşımızda ən güclünü gözləyirik" - VİDEO
- МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib
0
0