AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilislər idarə edəcəklər
03.07.2024 - 16:56

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Portuqaliya və Fransa arasında reallaşacaq növbəti dueldə də ingilis hakim iş başında olacaq. Maykl Oliver sözügedən matçda ədaləti qoruyacaq.
Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də baş tutacaq.
- Azərbaycanda futbolun inkişafı üçün ayrılmış vəsaitin məbləği açıqlanıb
- UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçının hakimləri müəyyənləşib
- "Qəbələ" "Turan"ı belə darmadağın etdi - VİDEO
- Millinin üzvü Almaniyada qətlə yetirilib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
0
0