AVRO-2024-də İngiltərəyə məğlub olaraq mübarizəni dayandıran İsveçrə millisinin baş məşqçisi Murat Yakın oyunla bağlı fikirlərini bildirib.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yakın üzüntüsünü gizlətməyib:
"Çox üzgünük. Bu qədər güc qoyduq, çoxlu epizodlar yaratdıq. Uşaqlara görə də üzülürəm, ölkəmizə görə də... İngiltərənin elə də çox qol şansları olmadı. Biz turniri tərk etməyə layiq deyildik. Penaltilər şans məsələsidir, o da bu gün yanımızda deyildi.
Özümüzlə fəxr edə bilərik. Böyük komandalara çox problemlər yaşatdıq. Avropa çempionatını başı uca tərk edirik"
- Şahin Diniyev: "Mən uşaq deyiləm, hər şeyi başa düşürəm"
- Bombardirlər siyahısında dəyişiklik – Ozobiç rekordun bir addımlığında
- PFL açıqladı - Bölgə klubu ev oyununu bu stadionda keçirəcək
- “Dortmund” “Çelsi”nin futbolçusunu transfer edib – rəsmi
- AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb