Noyer qapıçılar arasında liderdir
24.06.2024 - 11:18
Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatında qapıçılar arasında keçirdiyi oyunların sayına görə rekord qırıb.
Apasport.az xəbər verir ki, bu, Almaniyanın İsveçrə ilə qrup mərhələsinin son oyununda baş verib. Bu görüş Noyerin qitə çempionatlarında 18-ci oyunu olub.
Bundan əvvəlki nailiyyət - italiyalı Canluici Buffona məxsus idi (17 oyun).
Almaniya vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. İsveçrə isə Almaniya ilə oyundan sonra pley-offa yüksəlib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
- Cüdoçularımızın Xorvatiyadakı təlim-məşq toplanışı başa çatıb - FOTO
- Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
- Qurban Qurbanov: “Məndə heç bir həyəcan yoxdur”
0
0