Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə 1/8 final mərhələsində Avstriya ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Türkiyə matçın ilk dəqiqəsində Merih Demiralın qolu ilə önə keçib.
Bununla da, Merih Demiral adını tarixə yazdırıb. Bu qol Türkiyə millisinin böyük turnirlərdə vurduğu ən erkən qol olub.
Bundan başqa, Merihin qolu Avropa çempionatı tarixində vurulan ən tez ikinci qol (57 saniyə) olub.
Qeyd edək ki, Albaniya millisinin futbolçusu Nedim Bayrami AVRO-2024- ün qrup mərhələsində İtaliya ilə matçın 23-cü saniyəsində fərqlənərək turnir tarixində ən erkən qolunu vurub.
- Fatih Terimin komandası son dəqiqədə 3 xala sevindi
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- “The Best” mükafatına namizədlər açıqlanıb
- Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
- Premyer Liqa: “Çelsi” və “Tottenhem” məğlub oldu