100-cü qol
05.11.2023 - 16:39
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.
“Sumqayıt”la səfər görüşünə qədər 99 top buraxan Muxtar Respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.
Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurub.
- Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
- BOK Rusiya və Belarus idmançılarına yaşıl işıq yandırdı
- “Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışda
- Premyer Liqa mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
- Lautaro Martines: "Real" əla komandadır, ancaq...”
0
0