Klublararası dünya çempionatında finala yüksələn “Əl-Hilal”ın futbolçularına veriləcək mükafat bəlli olub.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanının idman naziri hər oyunçuya 130 min dollardan yuxarı məbləğdə mükafat verəcək.
Buna komandanın yarımfinaldakı qələbəsi səbəb olub. Asiyalılar Braziliyanın “Flamenqo” klubunu 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Şahzadə Əl-Valid bin Talal isə komandaya çempionluq üçün mükafat vəd edib. Belə uğur hər futbolçuya 266 min 525 dollar qazandıracaq.
Qeyd edək ki, “Əl-Hilal”ın rəqibi bu gün baş tutacaq “Əl-Əhli” – “Real” matçında müəyyənləşəcək.
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
- Arda Turan Barselonada məhkəməyə verilib
- Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
- Fransa klubundan antirekord: Liqa 1-də 3500 qol buraxan ilk komanda oldu
- Mübariz Orucov: "Günahkar axtarmağa ehtiyac yoxdur"