19 yaşlı qanalı “Qəbələ”də - RƏSMİ
04.07.2025 - 09:16
2025/26 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” əsas komandanın heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.
O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib.
Ovusu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prins 2024/25 mövsümündə U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
- "Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi
- "Xankəndi" "Qarabağ"ın sabiq futbolçusu ilə güclənib
- Taekvondoçularımız Albaniyada 5 medal qazanıblar
0
0