2 güləşçimiz Avropa çempionu oldu
28.06.2022 - 22:27
Azərbaycanın 2 güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, Nihad Quluzadə (55 kq) finalda rumıniyalı Denis Mihayla dueldən qalib ayrılıb.
Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Onun uğurunu Laçın Vəliyev (87 kq) də təkrarlayıb. Həlledici görüşdə rumıniyalı Patrik Qordanla üz-üzə gələn təmsilçimiz 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz AÇ-yə 2 qızıl medalla başlayıb.
- İsveç azarkeşləri öldürüldü, oyun təxirə salındı - şok
- “ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsinin tarixi bəlli oldu
- İqor Ponomaryov: "Bu matç həm biz, həm də “Neftçi” üçün vacibdir" - Müsahibə
- Nazir: "İrəvandakı idmançılarımız mehmanxanadan buraxılmır"
- Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN
0
0