Azərbaycan millisi noyabrın 20-si ilə bağlı tilsimi qırıb.
Apasport.az saytının məlumatına görə, komandamız tarixində ilk dəfə bu gündə baş tutan oyunda qalib gəlib.
Bu, Şimali Makedoniya ilə Skopyedə keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən əsas milli 20 noyabr tarixində meydana çıxdığı 3-cü qarşılaşmasında ilk dəfə qalibiyyətini əldə edib.
Azərbaycan millisi bundan əvvəl noyabrın 20-dəki hər iki oyununda meydanı məğlub tərk edib. Yığma 2002-ci ildə AVRO-2004-ün seçmə mərhələsində Bakıda Uelsə (0:2), 2018-ci ildə isə Millətlər Liqasında Priştinada Kosovoya (0:4) yenilib.
- “Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu
- AFFA və hakimləri təhqir edən klub prezidentini 10 oyuna buraxılmayacaq
- Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında
- Portuqaliya İspaniyaya rəqib oldu - DÇ-də nəhənglərin dueli
- Batrakovun “Qalatasaray”a keçidi rəsmiləşdi - 5 illik müqavilə