"Xorvatiyaya gəlsəm də, güləşə bilmədim. Bu, Bakıda olarkən son 2 gündə aldığım zədə ilə bağlıdır".
Bunu apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.
2022-ci ilin ən yaxşı idmançısı bildirib ki, çiynindən zədə aldığı üçün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran Pri yarışında güləşə bilməyib. Halbuki, 55 kq-da o da sifariş olunmuşdu. Əzizlini dinləyək:
"Çiynimi dartdım. MRT etdirdik. Onun nəticəsindən məlum oldu ki, çiynim çıxmağa çox yaxın imiş. Ona görə də həkimlər məsləhət gördü ki, heç olmasa 7-8 gün güləşməyim".
30 yaşlı güləşçi Zaqrebdə başlayacaq təlim-məşq toplanışında iştirak edəcəyini bildirib: "Sabahdan burada təlim-məşq toplanışı başlayır. Çiynimi qoruya-qoruya yavaş-yavaş məşq edəcəyəm".
Qeyd edək ki, güləşçilərimizin 2023-cü ildə ilk ciddi sınağı da məhz Xorvatiyanın paytaxtı Zaqrebdə olacaq. Milli komandalarımız 17-23 aprel tarixlərində Avropa çempionatında mübarizə aparacaq.
Səbuhi Musa
- “Araz-Naxçıvan”dan yubiley qolu
- “Real Madrid” iki yarımmüdafiəçi ilə maraqlanır
- Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
- Krakov-2023: Lunyov mükafat qazana bilmədi - FOTO - YENİLƏNİB
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"