ABL: XVIII tura start veriləcək
13.03.2025 - 10:34

Azərbaycan Basketbol Liqasında XVIII tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Quba" ilə üz-üzə gələcək.
Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.
"Quba" B qrupunda 21 xalla beşinci, "Lənkəran" 20 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
0
0