Region Liqası komandalarının Birinci Divizionda çıxışı təmin olunmayacaq.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, quruma müraciət edən 6 klub meyarlara cavab verməyib.
“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” iyulun 25-dək AFFA-ya müraciətlər ünvanlansa da, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.
Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət edən klubların 2022/23 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.
- Azərbaycan yığmaları EEVZA çempionatında iştirak edəcəklər
- Orxan Məmmədov: “Qoy idman yarışında həqiqi qalib bəlli olsun”
- Premyer Liqa klubunda yeni müqavilə
- Bilyard üzrə ölkə çempionatı keçirilib
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub