
Bu gün AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2024-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin oyun cədvəli açıqlandı
- “Real” ukraynalı ilə yollarını ayırır
- Moldova millisinin baş məşqçisi: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq”
- AVF-nin nümayəndəsi beynəlxalq oyuna təyinat alıb
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub