AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq "İrəvan" klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.
Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Fəhmin Muradbəyli karyerasında "Neftçi", "Səbail" və "Keşlə" (hazırkı "Şamaxı") klublarının da formasını geyinib.
- Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
- “Sumqayıt” azarkeşlər üçün yeni kampaniya başladıb
- “Qarabağ” - “Zirə”: 28-ci duel – RƏQƏMLƏR NƏ DEYİR?
- FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub - FOTO
- Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ