AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib
23.12.2025 - 13:04
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" komandasına texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.
0:3 hesablı texniki məğlubiyyət alan "Zaqatala" 1200 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.
- Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
- “Araz-Naxçıvan”ın futbolçusu: “İnanıram ki, bacaracağıq” - MÜSAHİBƏ
- Laporta İspaniyanın ulduzunu istəyir
- İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cütlükləri bəlli olub
0
0