AFFA "Neftçi"ni CƏZALANDIRIB
11.02.2026 - 14:48
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XIX turunda baş tutan oyunlarında yaşananlara görə klubları cərimələyib.
Apasport.az xəbər verir ki, "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov "Qəbələ" ilə matçda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 500 manat ödəməli olacaq.
O, həmçinin komandasının növbəti matçını buraxacaq.
Bundan əlavə, "ağ-qaralar" Əvəzedicilər liqasında XV turun “Neftçi-2” – “Qarabağ-2” oyununa rəqib komandanın azarkeşlərini stadiona buraxmadığına görə 200 manat ziyana düşüb.
- Braziliya millisində ciddi itki - MUNİDALIN İLK MATÇINI BURAXA BİLƏR
- Milli Gimnastika Arenasında master klass keçirilib
- Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək - VİDEO
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- Paris-2024: Lamiyə Vəliyeva FİNALDA
0
0